Türkiyədə Magistr təhsili Mir xaricdə təhsil mərkəzi

Bakalavr pilləsini  bitirən bir çox gənclərimizin arzusu xaricdə magistr təhsili almaqdır. Bu zaman tələbələrimiz  ilk düşündükləri “Hansı ölkədə təhsil ala bilərəm?” və ya “Hansı ölkənin universitetləri daha keyfiyyətli təhsil verir?” sualını verəndə təbii ki ilk  tərcih  etdikləri ölkə Türkiyə də təhsil olur. Buna səbəb Türkiyədə keyfiyyətli təhsilin verilməsi, prestijli universitetlərin olması və təhsil xərclərinin digər ölkələrdən az olmasıdır.

Bəs Türkiyədə necə magistr təhsili ala bilərəm? 

Türkiyədə magistr təhsili Tezli və Tezsiz olmaqla 2 programa ayrılır. Əgər siz akademik karyera istəyirsinizsə, elmi fəaliyyətlə məşğul olacaqsınızsa (doktorantura) Tezli Magistr Programı seçimi etməlisiniz  və ya əgər siz iş həyatında yüksəlmək, karyera hədəfli magistr təhsili almaq istəyirsinizsə Tezsiz Magistr Programına müraciət etməlisiniz. Əsas düşüncə olaraq  desək, Tezli və Tezsizin əsas fərqi təkcə akademik karyeradır. Tezli təhsilin müddəti 2 il olur ancaq Tezsizdə isə 1 il yarim olur. Buna əsasən siz Türkiyənin bir çox prestijli universitetlərində yüksək magistr tehsili ala bilərsiniz.