“Türkiyədə təhsil” yazaraq bu ölkədə təhsillə bağlı müxtəlif məlumatlar əldə etmək olar. Azərbaycanlı tələbələrin xaricdə təhsil üçün seçdiyi ölkələrin ilk sırasında Türkiyə gəlir. Türkiyədə 206 universitet və akademiya var. Bunlardan 131 – i dövlət universiteti (10 texniki, 1 yüksək texnologiyalar institutu 2 incəsənət universiteti Milli Müdafiə Universiteti və Polis Akademiyası) 75 -i isə özəl universitetdir.Türkiyə həm yaşayış, həm də təhsil səviyyəsində qabaqcıl ölkələrdəndir.
Hal-hazırda xaricdə təhsil almaq üçün tələbələrin çox hissəsi Türkiyəyə axın edir. Buna səbəb isə, Türkiyənin köklü tarixi, geniş miqyasa sahib olması, vətəndaşların qonaqpərvərliyi və ən əsası keyfiyyətli təhsil sistemidir.
Bununla yanaşı sahib olduğu prestijli universitetlər. təhsil sferasında atdığı uğurlu addımlarla dünyada önəmli bir yer tutması, və bir çox universitetlərinin dünya sıralamasında yer almasıdır. Bu ölkənin coğrafi cəhətdən ölkəmizə yaxın olması, milli-mədəni bənzərliyi, eyni dil ailəsinə mənsubluğu, insanlarının ölkəmizə qarşı sevgisi, dəstəyi ,sayqısı nəticəsində bizi öz evmizdəki kimi hiss etdirir. Türkiyəyə azərbaycanlı tələbələrlə yanaşı xarici ölkələrdən olan tələbələr də axın etməyə başlamışdır. Bütün bunlara əlavə olaraq verilən diplomların dünyanın bütün ölkələrində tanınması Türkiyəni daha da cəlbedici edir.
Köklü bir gələcək və yüksək keyfiyyətli təhsil üçün seçiminiz Türkiyə olmalıdır.